Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokurorluq: Saatlıda fəhlənin ölmü ilə bağlı cinayət işi başlanıb
mədən - fəhlə

Fevralın 22-də saat 14 radələrində Saatlı rayonu Varxankənd kənd ərazisində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, Saatlı rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, fəhlə işləyən, 1986-cı il təvəllüdlü Rəmzi Məmiyev rayonun Varxankənd kənd ərazisində yerləşən quşçuluq müəssisəsinin binasının dam örtüyünü yeniliyərkən həmin binanın dam hissəsindən yerə aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
Son xəbərlər
Bütün xəbərlər »