Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağciyərlərinin 90 faizi zədələnən koronavirus xəstəsi sağaldı
Ağciyərlərinin 90 faizi zədələnən koronavirus xəstəsi sağaldı

Rusiyanın Qaraçay-Çərkəz Respublikasında ağciyərlərinin 90 faizi zədələnən koronavirus xəstəsi sağalıb.

TASS xəbər verir ki, yanvarın 15-də ağır vəiyyətdə xəstəxana yerləşdirilən 67 yaşlı rusiyalının ağciyərlərinin biri 80 faiz, digəri isə 90 faiz zədələnmiş olub.

“Demək olar ki, bir ay həmin şəxs süni tənəffüs aparatına bağlı qalıb. Həkimlər hər gün onun həyatı üçün mübarizə aparıblar”, - deyə operativ qərrəgahdan agentliyə bildirilib.

Artıq həmin şəxsin özünü yaxşı hiss etdiyi, sərbəst nəfəs aldığı bildirilir.

Kompüter tomoqrafiyasında isə müsbət dinamika müşahidə olunur.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »