Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda polis müxalif partiyanın baş ofisinə basqın edib, saxlanılanlar var
Gürcüstan

Tbilisidə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstələri müxalif “Vahid Milli Hərəkat” partiyasının baş ofisində əməliyyat keçirib.

Bu gün səhər saatlarından binanın ətrafına xüsusi texnika ilə yanaşı, çox sayda qüvvə cəlb edən polis əvvəlcə müxalif partiyanın sədri Nika Melianın dinc şəkildə təslim olması üçün yarım saat vaxt verib.

Polis ərazidə toplanmış vətəndaşları Tbilisi Şəhər Məhkəməsinin fevralın 17-də N.Melianın həbsi ilə bağlı qəbul etdiyi qərarının icrasına mane olmamağa çağırıb. Xüsusi təyinatlı polis dəstələri daha sonra partiyanın binasına daxil olub və bu zaman əraziyə toplanmış vətəndaşlarla hüquq-mühafizə orqanı əməkdaşları arasında insident baş verib. Hazırda partiyanın baş ofisinin birinci mərtəbəsindəki media nümahəndələrinin, həmçinin müxtəlif müxalif partiyaların liderlərinin məcburi şəkildə binadan çıxarıldığı bildirilir.

Polis Nika Melianın həbsi ilə əlaqədar əməliyyatı davam etdirir. Hazırda 10-dan çox müxalifin saxlanıldığı bildirilir.

Qeyd edək ki, fevralın 17-də Tbilisi Şəhər Məhkəməsi ölkənin əsas müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın sədri Nika Melia barəsində həbs qətimkan təbdirinin görülməsi barədə qərar qəbul edib. Məhkəmənin qərarından sonra ölkənin Baş naziri Giorgi Qaxariya vəzifəsindən və hakim “Gürcü Arzusu” partiyasına üzvlükdən istefa verib. N.Melia 2019-cu ilin 19-20 iyun tarixlərində Tbilisidə parlament binası qarşısında “Qavrilov gecəsi“ kimi tanınan polis-vətəndaş qarşıdurmasını təhrik etməkdə və qrup zorakılığında iştirakda təqsirləndirilir.(apa)

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
Son xəbərlər
Bütün xəbərlər »