Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Navalnının xanımı Rusiyaya qayıtdı
Navalnının xanımı Rusiyaya qayıtdı

Korrupsiya iddiası ilə həbs edilən rusiyalı müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Almaniyadan Rusiyaya qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, hava limanında görüntülənən Y.Navalnaya jurnalistlərin əri ilə bağlı ünvanladıqları suallarını cavabsız qoyub.

Qeyd edək ki, o, fevralın 10-da ölkəni tərk etmişdi.

Xatırladaq ki, fevralın 2-də Moskva məhkəməsi korrupsiya iddiası ilə bağlı Aleksey Navalnını 3,5 il azadlıqdan məhrum edib. Onun ev həbsi və həbsxanada keçirdiyi vaxt nəzərə alınaraq, 2,5 il cəzaçəkmə müəssisəsində qalmasına qərar verilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »