Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımından 29 il keçir.
Azərbaycanın qüdrətli ordusu 44 günlük müharibədə yaşanılan faciələrin qisasını alsa da, Xocalı hadisəsi yaddaşımızdan heç bir zaman silinməyəcək.
Bu faciənin il dönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti şəhərdə hazırlıq işləri görüb.
Xətai rayonu Xocalı prospektində yollar təmizlənib, çiçəklər əkilib, Xocalı soyqırımı zamanı şəhid olan şəxslərin fotolarından hazırlanmış lövhə vurulub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar c, müəyyən tapşırıqlar verib.
Qeyd edək ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə baş verib.
Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Bizimyol.info