Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“AMEA-dakı şəbəkəyə qarşı çevik və sərt addımlar atılmalıdır: Elmə faydası olmayan akademiklər 3000 manat maaş alır” - Alimdən etiraz
Milli Elmlər Akademiyası

Bəzi dövlət qurumlarına rəhbərlik edən şəxslərin və Milli Məclisin deputatlarının Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademikləri, bu elm təşkilatının həqiqi üzvləridir.

İş yeri yalnız AMEA-nın strukturlarında çalışan və elmə xidmət edən alimlərə isə aşağı məbləğdə əmək haqqı verilməsi narazılığa səbəb olub.

Ölkədəki taleyüklü məsələlərə, dövlət əhəmiyyətli hadisələrə münasibət bildirməyən akademiklərin çoxu az iş görüb, ya heç iş görməyib çoxlu maaş, yüksək məbləğdə təqaüd alırlar.

Əmək qabiliyyətink itirməyən akademiklərə böyük məbləğdə vəsaitin nəzərdə tutulmasını zəruri edən nədir?

AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov Bizimyol.info-ya bildirib ki inkişaf etmiş dünya ölkələrində elmə xidmət etməyən heç bir alimə dövlət vəsait ayırmır.

İdris Abbasov Professor İdris Abbasov

“Əksinə, ictimai əsaslarla fəaliyyət göstərən akademiyalara üzv olmaq istəyən alimlər üzvlük haqqı ödəyirlər. Məsələn, Nyu-York Elmlər Akademiyası ABŞ-da ictimai təşkilatdır. Bir illik üzvlük haqqı ABŞ vətəndaşları üçün 108 ABŞ dolları, digər ölkə vətəndaşları üçün 129 dollardır. Bir neçə illiyə üzvlük haqqının ödənilməsində güzəşt sistemi vardır. Tələbə və doktorantlar üzvlük haqqının 30% -ni ödəyib üzv ola bilərlər. Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Akademiyasını da buna misal göstərmək olar. Ödəniş edib üzv olursan. Bu, prinsipcə ən doğru olanıdır. Bizdə isə tamamilə fərqlidir. Akademiklik bir kastaya çevrilib. Mənə bu, daha çox Hz.Yusifin dönəmindəki Amon Rahiblərini xatırladır”,-deyə İ.Abbasov bildirib.

Alim qeyd edib ki, 2-3 yerdə vəzifə tutub yüksək məvacib aldığı halda, hər akademikə 2000 manat təqaüd verilməsi, üstəgəl, toxunulmazlıq statusu ilə təmin edilməsi irrasional və qəbuledilməzdir: “Bu gün müstəqil inkişaf yolunu tutmuş Azərbaycan öz davamlılığını və iqtisadi qüdrətini möhkəmləndirmək üçün hər qəpiyinin qədrini bilməlidir.

Prinsipcə, elmi fəaliyyəti tükənmiş, fəqət 2-3 yerdə vəzifə tutmağa “qabil olan” və dövlətdən 3, 5, 7, 9 min maaş qoparan bu zümrənin imtiyazları ləğv edilməlidir. Təsəvvür edin, ölkə elminə töhfə verən, himayəsində azyaşlı uşaqları olan sıravi bir alim 300-500 manat maaş aldığı halda, elmə heç bir fayda verməyən, taqəti tükənmiş, təqaüd ala-ala evdə oturmaq əvəzinə, vəzifə səlahiyyətləri qazanıb tədbirlər keçirərək əlinin altında olan media vasitəsilə özünüreklamla məşğul olan, zərərli düşüncələrini diktə edən, elm ocağına istirahət guşəsi kimi baxan, gözə kül üfürən akademikin aylıq maaşı, məsələn, 3000, 5000, hətta 9000 manat! Digər qütbdə əzilən, təqib olunan, sıxışdırılan və məcbur qalıb ölkəni tərk edən neçə-neçə gənc istedadlar. Bu, sosial durumun acınacaqlı əyani mənzərəsidir!

Heç görmüsünüz ki, hansısa akademik həqiqətləri etiraf etsin, desin ki, “mən 10 min-15 min qazanıram, dükanlarım da var bu dövlətin, xalqın hesabına. Amma yazıq xalqımın övladları, ailələri zillət çəkirlər. Mən təqaüddən imtina edirəm, verilsin aztəminatlılara!”, yaxud ölkənin taleyüklü məslələrinə münasibət bildirsin? Eşitmisinizmi? Eşidə bilməzsiniz! Çünki acgözlük və tamah idrakı məhv edir!”

İ.Abbasov bildirib ki, mədhiyyəyə qurşanmış bu təbəqə əllərinə fürsət düşmüş kimi xısın-xısın xosunlaşır, xımır-xımır ciblərini doldurur, şəxsi və dəstə maraqlarına “layiqincə” xidmət edirlər: “Elm və təhsil ocaqlarına baş çəkin! Elmi-tədqiqat institutunun direktorunun, akademikin, rektorun, onların əshabələrinin dövlət qurumundakı kabinetlərinə daxil olun, iş prinsiplərinə nəzər yetirin, o zaman hər şey aydın olacaq. Onların idrakında “qanun”, “məsuliyyət” deyilən bir şeyi görməyəcəksiniz! Dövlət büdcəsindən mənimsəmələrin şahidi olacaqsınız.

Bir akademikə verilən təkcə 2000 manat təqaüd 3-4 alim ailəsinin minimum güzəranı deməkdir. Qamarladıqları vəzifələr isə 4 nəfərlik 20-30 ailənin aylıq güzəranı anlamına gəlir. İmtiyazlarından sui-istifadə edib qazandıqları əlavə “gəlirlər”i demirəm. Akademizmdə yol verilən yanlışlıqları islah etməyin tam zamanıdır!

Çünki real qarşılaşdığımız xalqını, dövlətini düşünməyən, yalnız sözdə canfəşanlıq edən akademik təfəkkür ölkəni uçuruma aparır. Cəmiyyətdə mənəvi-psixoloji böhran akademik-alim mühitindən sadir olur. Sosial ədalətsizlik akademik davranışdan qaynaqlanır. Vecsizlik, biganəlik, “mənə nə?”, “təki mən və əhli-əyalım yaşasın!” düşüncəsi akademizmdən qaynaqlanır. Ailələr 250 manata möhtac olduğu halda, hansı nailiyyətlərə görə bu şəxslərə 2000 təqüd və əlavə vəzifələr verilməlidir? Dövlət büdcəsi niyə yağmalanmalıdır? Gələcək nəsil Azərbaycanda yaşamayacaq? Cəmiyyətdə qayğısızlığı, bədbinliyi, sosial ədalətsizliyi, bütün problemləri bir nəfər başçının üzərinə yükləyib Amon rahibliyini əməli surətdə təbliğ edən də akademik “kasta” sistemidir. Bu sistemin ləğv olunmasından yalnız müasir, müstəqil və demokratik Azərbaycan qazanar.

Qeyd edim ki, bu gün inkişaf etmiş Qərb dövlətləri elmdə akademik amonçuluğun və müftəxorluğun hökm sürdüyü ölkələrdə sosial-mənəvi və maddi təzyiqə məruz qalan elmi tədqiqatçıları öz ölkələrinə dəvət edir, onlar üçün əlverişli iş şəraiti yaradır və intellektual kapitalından öz ölkələrinin tərəqqisi üçün yararlanırlar. Bizim beyni piylənmmiş “Amon Rahibləri” isə sevinirlər ki, o gənclərdən canları qurtardı, rahat aldada və talaya bilərlər. Bax, bzim real elmi mənzərəmiz bu dərəcədə ağırdır. Kələfin ucunu itirdiyimizdən dövlətin zərərinə olan fəaliyyətlərə pul ayrılır. Ümidim edirəm ki, bu məsələyə diqqət yetiriləcək və sərt tədbirlər həyata keçiriləcək. Belə davam edə bilməz. Azərbaycan dövləti sosial mənşəyindən asılı olmayaraq heç bir tüfeylini bəsləyə bilməz! Yeganə ümid Prezidentlə xalqın birliyi, şəbəkəyə qarşı çevik və sərt addımların atılmasıdır!”

Hüquqşünas Əkrəm Həsənov Bizimyol.info-ya bildirib ki qanunvericilikdə təqaüd yaşına çatan şəxslərin təqaüd ala-ala işləməsinə məhdudiyyət nəzərdə tutulmayıb.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› Ermənilər Azərbaycanla sərhədyanı bölgələri tərk edirlər
››› İcra başçısının bacısı oğlu həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »