Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnkassator avtomobilindən milyonlarla avro aparıldı - Video
İnkassator avtomobilindən milyonlarla avro aparıldı - Video

Almaniyanın paytaxtı Berlində açıq narıncı rəngdə təmizlik işçisi formasında olan bir neçə şəxs inkassator avtomobilini qarət edib.

“Report” Almaniya KİV-ə istinadən xəbər verir ki, cinayətkarlar daşıyıcıların üzərinə silahla hücum edərək onları hədələyib və iki mühafizəçini yaralayıb.

Soyğunçular pulları öz maşınlarına yükləyərək hadisə yerində uzaqlaşıblar.

Hadisə baş verən bölgədə yaşayan sakinlər qarəti videoya çəkiblər.

İlkin məlumata görə, cinayətkar qrup 4 nəfərdən ibarət olub. Şahidlər bildirib ki, hadisə zamanı atışma olmayıb.

Aparılan pulun milyonlarla avro ilə ölçüldüyü bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »