Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan yeni raketlər alır: "Bunkerlərdə gizlənən düşməni məhv edəcək"
“Zəfər paradı”na hazırlıq məşqləri: Azərbaycan və Türkiyə Ordusu birlikdə - Video

Azərbaycan Türkiyədən yeni raketlər alır.

Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasında Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib ki, Türkiyənin ilk milli qanadlı raketi olan SOM Azərbaycan Silahlı Qüvvələrinin invertarına girir.Onun sözlərinə görə, SOM TÜBİTAK tərəfindən yerli və milli imkanlarla inkişaf etdirilib:

“TÜBİTAK Müdafiə Sənayesi Araşdırma İnstitutu (SAGE) tərəfindən inkişaf etdirilən, “Roketsan” tərəfindən seriya istehsalı həyata keçirilən SOM qanadlı raketi Azərbaycan ordusunun inventarındakı döyüş təyyarələrinə inteqrasiya ediləcək”.

Qeyd edək ki, SOM raketləri 250 kilometr və daha çox mənzilə, yüksək dəqiqliyə malikdir. Bu raketləri əldə etməklə, Hərbi Hava Qüvvələrimiz hərəkət trayektoriyasını genişləndirmiş və dəyərli bir silahı invertarına qatmış olacaq.

Bildirək ki, SOM raketi havadan müdafiə sistemlərinin mənzilinə girmədən hədəflərin yüksək dəqiqliklə vurulmasını təmin edir. Sabit səth hədəfləri və hərəkətdə olan suüstü hədəflərə qarşı təsirli bir şəkildə hücum qabiliyyəti olan uzaqmənzilli, havadan səthə atılan turboraket motorlu qanadlı raket sistemi olaraq xarakterizə edilir.

SOM-A və SOM-B1 raketləri 2011-ci ildən Türkiyə silahlı Qüvvələrinin invertarındadır. Hərbi ekspert Tərlan Eyvazov Bizimyol.info-ya müsahibəsi zamanı bildirib ki, bu raketlərin partlayış və dəqiq nişan alma qabiliyyəti yüksəkdir.

Tərlan Eyvazov Tərlan Eyvazov

“Bu raketlər son 10 ildə Türkiyə silahlanmasına qəbul edilib. Türkiyənin İraqda, Suriyada apardığı döyüşlərdə yaxşı sınaqdan keçib. Azərbaycan baş nazirinin son Türkiyə səfərində bu raketlərin alınması ilə bağlı razılaşma əldə edilib. Bu raketin özünün çəkisi 600 kq, başlığı isə 250 kq-dır. Həmin raketlər mağaralarda, bunkerlərdə gizlənən düşmənin məhv edilməsinə yönəlib və bunkerlərin dağıdılmasında yüksək effektivlik nümayiş etdirir. Digər tərəfdən onun 250 km məsafədən hədəfləri vurması, ölkə sərhədlərini tərk etmədən, düşmənin hərbi hava qüvvələrinin nəzərinə düşmədən hədəflərin məhv edilməsi üçün yararlıdır. Olduqca effekli silah olduğu üçün düşünürəm ki, Azərbaycan öz hərbi hava qüvvələrinin silahlanmasına daxil edəcək. Hər şey müasirləşdiyi kimi ordu da müasirləşməlidir. Azərbaycan digər orduları kimi hava qüvvələrini də təkmilləşdirir. Bundan başqa yeniliklər də görəcəyik. Ermənistanla sülh sazişi imzalanmadığına və müharibə təhlükəsi qaldığına görə, Azərbaycan öz silah arsenalını daha da müasirləşdirməli və yeniləməlidir”,- deyə ekspert bildirib.

Leyla Mirzə

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
Son xəbərlər
Bütün xəbərlər »