Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaqarşak Arutyunyan: “102-ci bazanın bir hissəsini Sünikə yerləşdirmək planlaşdırılır”
Vaqarşak Arutyunyan: “102-ci bazanın bir hissəsini Sünikə yerləşdirmək planlaşdırılır”

Yerevan və Moskva 102-ci hərbi bazanın müəyyən birləşmələrini Ermənistanın şərqinə dislokasiya etmək imkanlarını nəzərdən keçirir.

Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan RİA Novosti agentliyinə müsahibəsində deyib.

“Rusiya hərbi bazasının tərkibindən (onun genişlənməsi nəzərə alınmaqla) hansısa birləşmələrin Ermənistanın şərq istiqamətində yerləşdirilməsi imkanları barədə danışmaq düzgün olardı. Və bu kontekstdə məsələnin birgə araşdırılması davam etdirilir”,-o bildirib.

V.Arutyunyan qeyd edib ki, Ermənistanın sərhədlərini qoruyan Rusiya sərhədçilərinin üzərinə əlavə funksiyalar qoyulub. Bura Ermənistanın Azərbaycanla sərhədlərinin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsidir.

Qeyd edək ki, 44 günlük Qarabağ müharibəsinin nəticələrinə uyğun olaraq Ermənistan Zəngəzur istiqamətində sovet dövründə müəyyən edilmiş sərhədlərinin içərilərinə çəkilib və bu istiqamətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri bərpa olunub. Ermənistan tərəfdən sərhədin həmin hissəsinin mühafizəsinə Yerevanla əldə edilmiş razılaşmaya əsasən Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti məsuliyyət daşıyır.

Son xəbərlər
Bütün xəbərlər »