Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadına qarşı soyğunçuluq edən qardaşlar tutulub
Qadına qarşı soyğunçuluq edən qardaşlar tutulub

Sumqayıtda qadına qarşı zor tətbiq etməklə soyğunçuluq edən şəxslər tutulub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, fevralın 20-də saat 17 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən parkda 2 nəfər bir qadına zor tətbiq edib pulqabısını alıblar.

Həmin vaxt ərazidə xidmət aparan Post-Patrul Xidməti əməkdaşlarının sayıqlığı və operativliyi sayəsində həmin şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri - Əmiraslanov qardaşları olmaları müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər
Bütün xəbərlər »