Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Astarada sərxoş avtoxuliqan həbs edildi
Polis - Cərimə

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara sakini Dəyanət Nəcəfzadə idarə etdiyi "Mercedes" markalı avtomobillə axşam saatlarında şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Lakin spirtli içkinin təsiri altında olan sürücü polis əməkdaşlarının dəfələrlə edilən xəbərdarlığına məhəl qoymayaraq hərəkəti davam etdirib.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan D.Nəcəfzadə saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib və barəsində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib. Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 25 gün müddətində inzibati qaydada həbs olunub.

Paylaş »
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
››› İnfarkt keçirən Türkiyənin məşhur aktyoru vəfat etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”
››› Vaksin varsa, sərt karantin niyə var?
Son xəbərlər
Bütün xəbərlər »