Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da alman hərbçilər terrorçularla səhv salındı
Amerika polisi - ABŞ

Arizonada təlimlərdə olan iki alman hərbçinin həddindən artıq gizli davranışı Almaniya ilə ABŞ arasında diplomatik qalmaqal yaradacaqmış.

Bu barədə “Der Spiegel” xəbər verib.

Bildirilir ki, Bundesverin elit birliyindən olan və manevrlərdə iştirak edən iki hərbçi yerli xəstəxanalardan birinə baş çəkərək fövqəladə halda, yaxud koronavirusa yoluxma olacağı təqdirdə həkimlərin onlara nə dərəcədə kömək edə biləcəyini öyrənmək istəyib.

Tibbi heyət gələnlərdən şəxsiyyətini təsdiq edən sənədləri göstərmələrini istəsə də hərbçilər imtina ediblər. Bu səbəbdən tibb işçiləri onların xəstəxanaya hücum hazırlayan terrorçular ola biləcəyini ehtimal edib və dərhal Federal Təhqiqatlar Bürosuna (FTB) şübhəli şəxslər barədə məlumat verib.

FTB Almaniyanın Vaşinqtondakı səfirliyi ilə əlaqə yaradıb. Lakin məxfilik səbəbindən diplomatik nümayəndəlik alman xüsusi təyinatlılarının Arizonadakı təlimləri barədə məlumatsız olub.

Yalnız Berlinə edilən çoxsaylı telefon zənglərindən sonra məsələnin əsli öyrənilib və problem həll olunub.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı... - Açıqlama
››› Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilərin sayı artıb
Son xəbərlər
Bütün xəbərlər »