Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şamaxıda yol qəzasında xəsarət alan ailə üzvləri Bakıya gətirildi
Şamaxıda yol qəzasında xəsarət alan ailə üzvləri Bakıya gətirildi

Şamaxıda ağır yol qəzasında xəsarət alan bir ailənin 3 üzvü Bakıya gətirilib.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar - 1994-cü il təvəllüdlü Məmmədli Fəridə Cahid qızı, 1991-ci il təvəllüdlü Məmmədzadə Nisə Afər qızı və 1992-ci il təvəllüdlü Məmmədzadə Araz Fərhad oğlu təcili yardımın köməkliyi ilə əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin xəsarətləri ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndəriliblər. Müayinə zamanı F.Məmmədliyə qapalı kəllə-beyin travması və qabırğaların sınığı, N.Məmmədzadəyə bədənin müştərək travması, A.Məmmədzadəyə isə baş nahiyəsinin cırılmış yaraları diaqnozları qoyulub.

Qeyd edək ki, hadisə Dəmirçi kəndində qeydə alınıb.

Qəzanın təfərrüatı araşdırılır.(report)

Son xəbərlər
Bütün xəbərlər »