Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ehtiyatsızlıqdan kəndçisini güllələyən tutulub - Təfərrüatlar
Ehtiyatsızlıqdan kəndçisini güllələyən tutulub -  Təfərrüatlar

Gədəbəydə baş verən güllələnmə hadisəsinin təfərrüatları məlum olub.

Bizimyol.info xəbər verir ki, DİN-in mətubat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, Gədəbəy rayon Miskinli kənd sakinləri, 1978-ci il təvəllüdlü Qamət Şahmalı oğlu Fatullayev və həmyerlisi, 1990-cı il təvəllüdlü Elnur Qurban oğlu Tağıyev birlikdə dovşan ovuna gediblər. Ov zamanı Q.Fatullayevin əlində olan ov tüfəngindən ehtiyatsızlıqdan açılan güllə E.Tağıyevin ayağına dəyib. Yaralı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Gədəbəydə silahlı insident baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, orta yaşlı kişi güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Yaralı əməliyyat olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər
Bütün xəbərlər »