Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı istintaqı başa çatdırdı
iran bayrağı

İran Hərbi Prokurorluğu keçən il yanvarın 8-də Tehran yaxınlığında Ukrayna təyyarəsinin vurulması ilə bağlı istintaqı başa çatdırıb

Modern.az-ın ISNA-ya istinadən verdiyi məlumata görə, yaxın vaxtlarda cinayət işi məhkəməyə təqdim edilməlidir.

İstintaq təyyarənin vurulmasında 9 nəfəri şübhəli şəxs sayıb. Onların arasında ali rütbəli hərbi komandirlər də var. Hadisə ilə bağlı hazırda yalnız bir nəfər həbsdədir.

Məhkəmə iclasının açıq keçirilib-keçirilməyəcəyi hələ məlum deyil.

Qeyd edək ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin keçən il yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması ilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub. Daha sonra isə İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğunu bəyan edib.

Bәyanatda qeyd olunmuşdu ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb və İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »