Siyəzən rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.
Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Zarat kəndi ərazisində qanunsuz ov edən Şərif Şərifzadə saxlanılıb.
Ondan bir ədəd “Ata arms” markalı ov tüfəngi və 5 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı Siyəzən RPŞ-də araşdırma aparılır.