Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistan və Çin sərhəd rayonlarından qoşunlarını çıxarır
Hindistan ordusu
Ötən gecə Hindistan və Çin komandanlıqları qarşılıqlı olaraq sərhəd rayonlarından qoşunların çıxarılması ilə bağlı danışıqları başa çatdırıb.

Bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Moldo sərhəd məntəqəsində dünən başlayan danışıqlar 16 saat davam edib və gecə saat 02.00-da başa çatıb. Görüş Hindistan və Çinin sərhəddə yerləşən Panqonq-Ço gölü yaxınlığından qoşunlarını çıxarmasının yekunlaşmasından sonra başlanıb.

Qeyd edək ki, Panqonq-Ço gölünün yerləşdiyi Ladakx bölgəsindən vəziyyət keçən il mayın əvvəlindən gərginləşməyə başlayıb. Həmin vaxt 250 Ç in və Hindistan əsgərinin iştirakı ilə toqquşma olub, hər iki tərəfdən 100 nəfər yaralanıb. İyunun 15-dən 16-na keçən gecə isə Ladakx bölgəsində Qalvan çayı yaxınlığında silahlı qarşıdurma olub. Nəticədə 10 Hindistan əsgəri ölüb, 76 əsgər yaralanıb. Hindistan Çin tərəfdən ən azı 45 əsgərin öldüyünü bildirib. Bundan sonra Hindistan və Çin arasında hərbi və diplomatik səviyyədə danışıqlar başlayıb.(apa)

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
Son xəbərlər
Bütün xəbərlər »