Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mars planetində milyonluq şəhərin yaradılması tarixi açıqlandı
Planet

Mars planetində insanların daimi yaşaması artıq onilliyin sonunda mümkün olacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın tanınmış mühəndisi, "Mars cəmiyyəti"nin prezidenti Robert Zubrin bildirib.

O, qeyd edib ki, qırmızı planetdə ilk milyonluq şəhər 2100-cü ildə yaradıla bilər.

Ekspert Amerika sahibkarı İlon Maskın 2026-cı ildə Marsa uçuşlara başlamaq planlarını qiymətləndirib. Zubrinin sözlərinə görə, bu cür uçuşlar 2030-cu ilədək mümkün olacaq, lakin bundan əvvəl Mask yük gəmisi olan “Starship” gəmilərini Marsa göndərə və bazanın avtomatlaşdırılmış tikintisinə başlaya biləcək.

“Bu vaxta qədər Marsa min nəfər göndərə bilərik, onlar daha çox insanın dolanışığını təmin edə bilmək üçün Marsda sənaye və kənd təsərrüfatı imkanları yaradacaqlar”, - Zubrin deyib.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
Son xəbərlər
Bütün xəbərlər »