Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Orlando şəhərində respublikaçı-mühafizəkarların konfransında çıxış edəcək
Donald Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn həftə Florida ştatının Orlando şəhərində keçiriləcək ABŞ-ın Respublikaçılar partiyasının mühafizəkar dairələrinin konfransında çıxış edəcək.

Bu barədə “CNN” telekanalı özəl mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Trampın ABŞ prezidenti kimi vəzifə səlahiyyətlərini başa vurmasından sonra ilk çıxışı fevralın 28-də olacaq. O, Respublikaçılar partiyasının gələcəyi və mühafizəkar hərəkatı barədə danışacaq.

Bundan əlavə, keçmiş dövlət başçısının ABŞ-ın hazırkı prezidenti Co Baydenin miqrasiya siyasəti ilə bağlı kəskin tənqidlərlə çıxış edəcəyi də gözlənilir.(apa)

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »