Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda avtomobil iki uşağı vurub, biri ölüb
Xəstəxana

İmişlidə baş vermiş avtoqəza zamanı avtomobilin vurduğu piyadaların kimliyi müəyyən edilib.

APA-nın məlumatına görə, rayonun Aranlı kəndində qeydə alınmış hadisə zamanı İmişli rayon sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil yolda dayanan Aranlı kənd sakinləri, 2012-ci il təvəllüdlü Hüseynli Umud Musa oğlunu və 2013-cü il təvəllüdlü Quliyev Nihad Əkbər oğlunu vurub.

Hadisə nəticəsində ikinci azyaşlı hadisə yerində dünyasını dəyişib, digəri isə Biləsuvar xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, ölən azyaşlı Nihad Quliyevin bu gün anadan olduğu gündür.

***

Saat 22:24

İmişli rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Aranlı kəndində qeydə alınıb.

İmişli rayon sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlunu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolda dayanan iki piyadanı vurub. Hadisə nəticəsində piyadalardan biri dünyasını dəyişib, digəri isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› Paşinyan xalqı meydana çağırdı: Rusiya Paşinyanı cəzalandırır, yoxsa hakimiyyət dəyişir? - Ekspertlərdən şərh
Son xəbərlər
Bütün xəbərlər »