Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Orta Asiya Azərbaycanla hesablaşmağa məcbur olub, Rusiya və İran narahatdır” - Pol Qobl
“Orta Asiya Azərbaycanla hesablaşmağa məcbur olub, Rusiya və İran narahatdır” - Pol Qobl

Qafqaz məsələləri üzrə tanınmış politoloq Pol Qobl deyir ki, Azərbaycanın qələbəsi ölkənin təkcə Cənubi Qafqazda yox, Mərkəzi Asiyada da çəkisini artırıb. Artıq bu dövlətlər də planlarında Azərbaycan faktorunu nəzərə almaq məcburiyyətindədir.

Bizimyol.info xəbər verir kİ. Pol Qobl bu barədə “Jamestown” fondu üçün hazırladığı araşdırmada yazıb.

Pol Qobl

“Azərbaycanın qələbəsi ölkəyə müsbət mənada dəyişdirici təsir göstərib. Qələbə indi özünü məğlub yox, qalib hiss edən əhalinin münasibətini dəyişməklə yanaşı, Azərbaycanın digər regional dövlətlərlə əlaqələrdə də diplomatik çəkisini və imkanlarını artırdı. Bakı qələbəylə başa vurduğu aktiv əməliyyatlarla həm də döyüşkənlik qabiliyyətini nümayiş etdirdi. Ən vacib məqamlardan biri isə budur ki, Azərbaycan, qismən də Türkiyə ilə münasibətlər sayəsində Qafqaz və Orta Asiya dövlətlərinin hökumətlərinə və xalqlarına hesablaşılmalı qüvvə olduğunu göstərdi”,- Pol Qobl belə yazıb.

Politoloqun fikrincə, Qarabağda qələbədən sonra ortaya çıxan yeni reallıq Xəzərin şərq sahilindəki dövlətləri nəzərlərini Qərbə yönəldərkən iqtisadi-siyasi planlamalarında Azərbaycan faktorunu nəzərə almağa vadar edib.

Qobl onu da vurğulayır ki, hadisələrin bu cür inkişafı İran və Rusiyanın narahatlığına səbəb olub. Bu ölkələr dəhlizlərin (ticarət marşrutlarının) onların ərazisindən yan keçməsinə görə narazıdırlar. Onlar daha çox Rusiya ilə İranı birləşdirən şimal-cənub dəhlizinin tərəfdarıdır.

Politoloq Bakının qələbədən sonra nüfuzunun artmasına parlaq misal olaraq, Türkmənistanın Xəzər dənizində neft yataqlarının birgə işlənməsi barədə Azərbaycanla razılığa gəlməsini qeyd edib: “Bu razılaşma uzun müddətdir davam edən mübahisəyə son qoymuş oldu. Eyni zamanda, Bakının təkcə Aşqabadla deyil, digər Mərkəzi Asiya dövlətləri ilə də daha geniş əməkdaşlığına yollar açdı. İki ölkənin yatağa “Dostluq” adı verməsi də rəmzi məna daşıyır. İndiyə qədər tərəflərdən biri yatağı “Kəpəz”, digəri isə “Sərdar” adlandırırdı”.

Politoloq xatırladır ki, bu yaxınlarda Azərbaycan, Əfqanıstan və Türkmənistan “Lazurit yolu” kimi tanınan ticarət dəhlizinin inkişafına dair razılaşma əldə edib. Bu da Qarabağda yaşananlardan dərhal sonra baş verib.

Artıq Qazaxıstan rəsmiləri də Aktau dəniz limanının tutumunun artırılmasından danışırlar. Qazaxıstan bu liman üzərindən Azərbaycan vasitəsilə Türkiyə və Avropaya yük daşımalarının həcmini artırmağı planlaşdırır.

Son xəbərlər
Bütün xəbərlər »