Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zalkaliani Azərbaycan və Türkiyə XİN başçıları ilə “3+3” platformasını müzakirə edəcək
David Zalkaliani

Gürcüstanın xarici işlər naziri postuna namizəd David Zalkaliani “3+3” platformasına dair Azərbaycan və Türkiyədən olan həmkarları ilə müzakirələr aparacaq.

APA-nın xəbərinə görə, parlamentin komitə iclasında çıxışı zamanı D. Zalkaliani bildirib ki, regionda olduqca mürəkkəbə vəziyyət yaranıb və təklif edilən platformalarla bağlı yekun qərarı Cənubi Qafqazın üç ölkəsi verməlidir.

“Regionda olduqca mürəkkəb vəziyyət yaranıb, biz “3+3”, “3+2” kimi müxtəlif önəmli platformaların yaradılmasının təklif edildiyini görürük. Məsələ tərəfdaş ölkələrlə dialoqun aparılmasını tələb edir və qərar qəbul etmək sadəcə Cənubi Qafqazın üç ölkəsinin öhdəsinə düşür. Mən bununla bağlı azərbaycanlı və ermənistanlı tərəfdaşlarımızla müəyyən mövzularda müzakirələr aparmışam. Mən eyni zamanda, məsələ ilə əlaqədar azərbaycanlı və türkiyəli tərəfdaşlarımızla da müzakirə aparacağam”, - deyə D. Zalkaliani qeyd edib.

O vurğulayıb ki, Cənubi Qafqazın üç ölkəsi arasında konsensus əldə edilməli və region ölkələri arasında əməkdaşlığın potensialı bütün dünyaya göstərilməlidir.

D. Zalkaliani onu da qeyd edib ki, Gürcüstan-Azərbaycan-Türkiyə XİN başçılarının fevralın 19-da Bakıda keçirilməsi planlaşdırılan 9-cu üçtərəfli görüşünün təxirə salınmasından sonra tərəflərlə əlaqə saxlayıb və yaxın gələcəkdə görüşərək aktual mövzulara dair müzakirə aparmağa hazır olduğunu bildirib.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
Son xəbərlər
Bütün xəbərlər »