İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 68 nəfər ölüb.
APA-nın məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.
O deyib ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 59 409 nəfərə yüksəlib.
Nazirlik rəsmisinin sözlərinə görə, İranda ötən 24 saat ərzində 7922 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 566 081 nəfərə çatıb.
Koronavirus daşıyıcılarından 3677 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sima Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 337 877 nəfər koronavirusdan sağalıb.