Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ləğv olunan 4 bankın əmanətçilərinə 623 mln. manatdan çox kompensasiya ödənilib
Pul - manat - Büdcə

2020-ci ilin iyunun 16-dan bu ilin fevralın 18-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 240,63 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF) "APA-Economics"ə verilən məlumata görə, "AGBank" üzrə 4 666 əmanətçiyə 111,4 mln. manat, "NBCBank" üzrə isə 4 204 əmanətçiyə 129,22 mln. manat kompensasiya verilib.

Ötən ilin iyunun 1-dən bu ilin fevralın 18-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 382,66 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 794 əmanətçiyə ödənilən məbləğ 139,74 mln. manat, "Atabank" üzrə isə 9 755 əmanətçiyə 242,91 mln. manat kompensasiya verilib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, fevralın 18-nə 24 419 əmanətçiyə bu məbləğin 623,3 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 92,2%-i təmin olunub.

Paylaş »
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Martın 9-na olan hava proqnozu
››› Sumqayıtda faciə ilə nəticələnən məclis: 16 yaşlı gənc ölüb
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
Son xəbərlər
Bütün xəbərlər »