Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı olan gənclərlə görüş keçirilib
Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı olan gənclərlə görüş keçirilib

Fevralın 20-də Milli Məclisin Gənclər və idman komitəsində şəhid ailəsi, Vətən müharibəsinin iştirakçıları və arxa cəbhədə xidmət göstərən gənclərlə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq növbəti görüş keçirilib.

Görüşdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsinin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğulayıb. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz 44 günlük Vətən müharibəsi zamanı şücaət göstərərək öz xilaskarlıq missiyasını şərəflə yerinə yetirib. 30 il müddətində Ermənistan işğalı altında olan əbədi və əzəli torpaqlarımız düşmən tapdağından azad edilib, tarixi ədalət bərpa olunub. Ermənistanın illərlə yürütdüyü işğalçılıq və təcavüzkarlıq siyasətinə birdəfəlik son qoyulub.

Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı olan gənclərlə görüş keçirilib

Vitse-spiker qeyd edib ki, Vətən müharibəsi zamanı bütün Azərbaycan xalqı ölkə başçısının “Biz birlikdə güclüyük” şüarını rəhbər tutaraq Prezidentimizin ətrafında bir yumruq kimi birləşib, düşmənə həm döyüş meydanında, həm arxa cəbhədə layiqli zərbələr endirərək Zəfər əldə edib. Hərbi qulluqçularımızın, vətəndaşlarımızın öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsi xalqımızın qüdrətini bir daha dünyaya nümayiş etdirib. Vətən müharibəsi zamanı gənclərimizin cəbhəyə dəstək aksiyalarında iştirakı, sosial şəbəkələrdə ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurlu fəaliyyətləri xüsusi qeyd edilib.

Söhbət zamanı gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, milli-mənəvi dəyərlərə uyğun yetişdirilməsi, onların zərərli vərdişlərdən uzaqlaşdırılmasında idmanın əhəmiyyətli rolundan danışılıb.

Sonda görüşdə iştirak edən Vətən müharibəsinin iştirakçılarına və arxa cəbhədə xidmət göstərən vətəndaşlarımızın bir qisminə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim olunub.

Bizimyol.info

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »