Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: "Neft bir qədər də bahalaşa bilər"
Ekspert: "Neft bir qədər də bahalaşa bilər"

Hazırda inkişaf etmiş ölkələrdə aparılan kütləvi peyvəndləmə nəticəsində dünya iqtisadiyyatının dirçəlməsinə dair nikbinliklə bağlı neftin qiymətləri daha da arta bilər.

“Report” xəbər verir ki, bu barədə “JPMorgan Asset Management”in eksperti Kerri Kreyq bildirib.

“Mən heç də bir barelin 80, yaxud 90 dollara qalxacağını demirəm. Bəlkə də, qiymətlər indikindən 5-10 ABŞ dolları da artdı”, - deyən ekspertin fikrincə, neft bazarında mümkün qiymət artımının daha bir səbəbi də OPEC+ formatının iştirakçı ölkələrinin bundan sonra da hasilatı azaldacağı ola bilər: “Biz hələ də OPEC+də təklifi azaldanlara bel bağlayırıq. Məncə, bununla bağlı tələbat ilə təklif nisbətinə dair hələ də suallar var”.

Cari ilin əvvəlindən bu yana “Brent” və WTI markalı neft 20 faizdən artıq bahalaşaraq son 13 ayın ən yüksək həddinə çatandan sonra son günlər bir qədər ucuzlaşıb. Belə ki, fevralın 19-da Asiya bazarlarında “Brent” 62,91 dollardan, WTI də 59,34 dollardan satılıb.

Xatırladaq ki, bu həftə ABŞ-ın cənub ştatlarını cənginə alan çovğun və şaxtalı havalar nəticəsində xüsusilə Texasdakı enerji infrastrukturu iflic olub, neft hasilatı milyonlarla barel azalıb ki, bu da qiymət artımına rəvac verib.

Son xəbərlər
Bütün xəbərlər »