Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın bu ilin birinci yarısınadək istehsal edəcəyi koronavirus peyvəndinin həcmi açıqlanıb
Vaksin - peyvənd

Rusiya bu ilin birinci yarısına qədər 88 milyon doza koronavirus peyvəndi istehsal etməyi planlaşdırır.

APA-nın verdiyi xəbərə görə, bu barədə ölkənin Baş nazirinin müavini Tatyana Qolikova deyib.

O bildirib ki, bunun 83 milyon dozası "Sputnik V" peyvəndi olacaq: "Bu ilin birinci yarısınadək biz 88 milyon doza koronavirus peyvəndinin istehsalını planlaşdırırıq. Buraya "Kovivak" peyvəndi aid deyil. 83 milyon doza "Sputnik V" və 5.4 milyon doza "Epivakkorona" peyvəndinin istehsalı gözlənilir".

Baş nazirin müavini əlavə edib ki, 59 milyon doza milli peyvədləmə proqramı üçün istifadə ediləcək.

T. Qolikovanın sözlərinə görə, Rusiya indiyə qədər 11.1 milyon doza koronavirus peyvəndi istehsal edib ki, onun da 7.9 milyon dozası milli proqram üçün istifadə edilib.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
Son xəbərlər
Bütün xəbərlər »