Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib
Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.

“Report” xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanun imzalayıb.

Qanun imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, sənəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2017-ci ilin oktyabrın 31-də Azərbaycana səfəri zamanı imzalanıb. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. Toplantıdan sonra sənədlər imzalanıb. Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin o zamankı milli müdafiə naziri Nurettin Canikli imzalayıb.

Son xəbərlər
Bütün xəbərlər »