Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Nəticə ədalətli olmadı"
Qurban Qurbanov

"Bu gün sadəcə qol çatmadı. Futbolçularımdan çox razı qaldım. Hər matç bizə böyük təcrübə verir. Daha da yaxşı olmalıyıq ki, belə görüşlərdə qalib gələk".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis nəticənin ədalətli olmadığını bildirib: "Bu qədər qol epizodundan sonra qalib gəlməmək ədalətsizlik sayıla bilər. Amma inanıram ki, bunun qarşılığını görəcəyik".

Baş məşqçi transfer etmədiklərinə görə təəssüf hissi keçirməsini söyləyib: "Hamı oyunçu axtarışındadır. Pandemiya ilə bağlı ciddi dəyişikliklər oldu. Əlimizdəki futbolçuları qoruyub saxlamaq vacib idi".

Qurbanov Abbas Hüseynovun cərimə meydançasında yıxıldığı epizodu şərh edib: "Özüm təkrarına baxmamışam. Sadəcə toxunuş səsi gəldi. Bu oyunda hakim üçün idarəçilik çətin idi. Yan hakim epizodu daha düzgün görə bilərdi. Deyilənə görə, Patrik Andradenin epizodunda penalti var idi. Amma bu barədə danışmaq bizə yaraşmaz. Futbolçulara bəhanə vermək istəmirəm".

Mütəxəssis Kevin Medinaya cəza verdiklərini vurğulayıb: "Qarşıdakı oyunlarda qalib gəlsək, mükafat almayacaq. Hərəkətindən çox narazı qaldım. Bu cür təcrübəli futbolçu belə səhvlər etməməlidir".

Paylaş »
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› Dolların bahalaşması qızılı ucuzlaşdırdı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Rusiyada “Bakı” kafesində atışma: Azərbaycan vətəndaşı öldürüldü - Video
Son xəbərlər
Bütün xəbərlər »