Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koçaryan yaşadığı məhəllədə hücumlara məruz qalır
İrəvanda Respublika meydanında mitinq

Ermənistan cəmiyyətindəki böhran daha da dərinləşir. Bu ölkədə Qarabağ məğlubiyyətinin həm də bəzi insanların satqınlığının nəticəsi olduğunu düşünürlər. Həmin şəxslər etiraz aksiyalarında, o cümlədən sosial şəbəkələrdə təhqir olunur. Etirazlar heç cür azalımır, əksinə, yeni mərhələyə qədəm qoyur.

Bizimyol.info xəbər verir ki, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan çoxluğun qəzəb obyektinə çevrilib. Onu satqınlıqda ittiham edilər. Koçaryanın yaşadığı əraziyə gələrək onun ünvanına kobud ifadələr səsləndiriblər. Müxtəlif yerlərə, xüsusilə zibil qutularının üzərinə onun şəkilləri vurulub. Fotoların altında “burada satqın yaşayır” yazılıb.

Heç şübhəsiz, Koçaryana qarşı belə qəzəbin arxasında “Hayastan” fondunun 11 milyon dollarının mənimsənilməsi məsələsi dayanır. Fevralın 17-də Ermənistan saytları bunu çox müzakirə edib. Daha çox 4 nəfər ittiham olunur. Koçaryan vəsaitin mənimsənilməsində əsas fiqurlardan sayılır. Qarabağa yardım adı altında külli miqdarda vəsait yoxa çıxıb.

Koçaryana qarşı mənəvi basqılardan sonra Ermənistanda hakimiyyət üzvünün təhqir edilməsinə görə cəzanın ağırlaşdırılması müzakirəyə çıxarılıb. Təhqirə yol verən şəxsləri bundan sonra hətta minimum əməkhaqqının 3000  misli qədər cərimə və ya iki ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Hakimiyyət bununla da insanların artan qəzəbinin qarşısını almağa çalışır.

Andranik Koçaryan xüsusilə Qarabağ məğlubiyyətindən sonra səhnədə çox görünməyə başlayıb. Parlament üzvü dəfələrlə etiraz aksiyasında insanların qarşısına çıxıb, onların qəzəbini soyutmağa çalışıb. Koçaryan hökuməti müdafiə etmək üçün əlindən gələni edib. Deputat yanvarın əvvəllərində Ermənistan mətbuatına açıqlamasında demişdi ki, 44 günlük müharibədə baş verənləri araşdırmaq üçün xüsusi komissiya yaradılmasına ehtiyac yoxdur. Bu açıqlama cəmiyyətdə qəzəblə qarşılanmışdı. Onda da Koçaryanı az təhqir etməmişdilər.

Koçaryan aktiv əməliyyatlar dövründə çox da canfəşanlıq etmirdi. Onun bəzi açıqlamaları təəccüb doğururdu. Parlament üzvü məğlubiyyətdən bir neçə gün sonra Ermənistan ordusunun tamamilə sıradan çıxdığını etiraf etmişdi. Amma Koçaryan zamanla ifadələrinə diqqət yetirməyə başlayıb.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı... - Açıqlama
››› Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilərin sayı artıb
Son xəbərlər
Bütün xəbərlər »