Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzərə qənim kəsilən kanal - Fotolar
Xəzərə qənim kəsilən kanal - Fotolar

Abşeronu ən çox çirkləndirən kanal Hövsan kanalıdır.

Rəsmi məlumatlara görə, orta hesabla gün ərzində 100 min m3 həcmində tullantı suları təmizlənmədən dənizə axıdılır. Hazırda “Balaxanı Oil”, “Suraxanı Oil”, “AzGerneft” MMC-də, eləcə də, Zabrat-1, Zabrat-2, Ramana, Sabunçu, Suraxanı və Binə qəsəbələrində yığılan tullantı sular Hövsan kanalına axıdılır.

Həmin ərazilərin kanalizasiya sistemləri mərkəzi kanalizasiya sisteminə qoşulmayıb.

Xəzərə qənim kəsilən kanal

Hövsan kanalı illərdir ki, bir problem kimi qalır. Hətta mütəxəssislərin fikrincə, bu problemin həll edilməsi mümkünsüzdür.

Bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, kanalın rekonstruksiyası və bu proses zamanı axarların mərkəzi kanalizasiya xəttinə qoşulması, tullantı sularının neytrallaşdırılması nəzərdə tutulub.

Hazırda bu məsələlərin həlli üçün müvafiq təşkilatlar tərəfindən layihə hazırlanır. Bu barədə uzun illərdir yazılır, danışılır, vədlər verilir. Lakin dəyişməyən reallıq budur ki, Hövsan kanalı təkcə bu ərazidə yaşayanların həyatı üçün deyil, Xəzər dənizinin ekosistemi, biomüxtəlifliyi üçün də təhlükəlidir.

Xəzərə qənim kəsilən kanal

Bizimyol.info- xəbər verir ki, Xəzərin Hövsandakı sahilində hazırda vəziyyət acınacaqlıdır. Dənizə axıdılan çirkab suları təmizlənmədiyi üçün məişət tullantıları sahilə yılğılır və təhlükəli hal alıb. Ərazidən üfunət qoxusu gəlir. Yaxınlıqda yaşayan sakinlər isə, artıq, demək olar ki, bu vəziyyətə alışıb.

Onların dediklərinə görə, qış aylarında üfunət qoxusu o qədər çox olmasa da, yayda ərazidə bu qoxu bütün Hövsanı bürüyür.

Sakinlərin sözlərinə görə, illərdir bu problemin həll ediləcəyini gözləyirlər. Ancaq heç bir nəticə yoxdur. “Gəlirlər, şəkirlər, ölçürlər, biçirlər gedirlər. Bu kanal on illərdir ki, var, çirkab sular dənizə axıdılır. Qarşısının aınması mümkünsüz olan bir problemə bənzəyir. Məncə "Azərsu” ASC və digər məsul qurumlar bu məsələdə daha diqqətli olmalıdır. Hər bir qurum öz vəzifəsini yerinə yetirsə, yəqin ki, problemlər öz həllini tapar”-deyə sakinlər bildirir.

Xəzərə qənim kəsilən kanal

Ekoloq Vaqif Əliyevin sözlərinə görə, həmin kanal vasitəsilə dənizə təkcə kanalizasiya suları deyil, eyni zaman qurunt suları və neft istehsalı zamanı yaranan tullantılar da axıdılır və bu da istər ətraf mühit, istərsə də insan sağlamlığı üçün təhlükə mənbəyidir. Bu problemin qarşısı vaxtında alınmasa, fəsadları gələcək nəsillər üşün çox ağır olacaq".

Son xəbərlər
Bütün xəbərlər »