Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnvestorlar üçün real startap fürsətləri!
StartapReliz

Ölkəmizdə innovasiya ekosisteminin inkişafına dəstək verən Azərbaycan Beynəlxalq Bankının IBA İnnovasiya Mərkəzi ilk startap proqramını başa çatdırıb. Ötən ilin iyununda elan edilmiş müsabiqə əsasında seçilən 12 komanda Mərkəzdə inkubasiya mərhələsi keçib. Bu komandaların üzərində çalışdıqları layihələrin çoxu maliyyə texnologiyaları (FinTech) sahəsinə aiddir. Mərkəzin ilk rezidentləri sırasında Azərbaycan Beynəlxalq Bankının ötən il keçirdiyi 1-ci IBA Regional Hakatonunda iştirak etmiş komandalar da var.

İnkubasiya dövründə komandalara bir sıra xidmətlər, o cümlədən mentor, kouçinq köməyi, texniki dəstək göstərilib. Rezidentlərlə müntəzəm iş üçün xarici ölkələrdən startapların inkişafı üzrə beynəlxalq təcrübəyə malik peşəkar mentorlar, məsləhətçilər cəlb edilib. Komandalar lazımi infrastruktur imkanları ilə təmin edilib. Bazar reallıqlarının, real tələblərin təhlili üçün müştərilərlə görüşlər təşkil olunub.

Startap layihələrinin inkubasiya dövründən sonra ilkin kapital əldə edə bilməsi üçün Azərbaycan Beynəlxalq Bankı IBA İnvestor Klubunu da yaradıb. Bu klubun məqsədi Bankın tərəfdaşları arasından potensial investorları bir araya gətirmək və startap layihələrini onlara təqdim etməkdir. Hazırda Klub çərçivəsində ayrı-ayrı investorlarla startapçıların görüşləri keçirilir. Layihələrə ilkin investisiya qoyuluşu məsələləri müzakirə edilir. İnkubasiya proqramında iştirak etmiş komandaların işgüzar çevrəsinin formalaşmasına şərait yaradılır.

Fevralın 27-də isə startap layihələrinin onlayn təqdimatı tədbiri təşkil ediləcək. Maraqlanan hər kəs əvvəlcədən qeydiyyatdan keçməklə təqdimata qatılıb startap layihələri ilə tanış ola, investisiya imkanlarını dəyərləndirə bilər. Qeydiyyat üçün: https://ibainnovation.az/demoday

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
Son xəbərlər
Bütün xəbərlər »