Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yakov Kedmi erməni revanşistlər barədə: “Onlar ya axmaqdır, ya da erməni xalqının xainləridir”
Yakov Kedmi

İsrailli analitik, dövlət xadimi, diplomat, 1992-1999-cu illərdə “Nativ” xidmətinin rəhbəri Yakov Kedmi Ermənistanın ikinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra qisasla bağlı xəbərlərin yayılması məsələsinə aydınlıq gətirib.

O, media.az-a müsahibəsində deyib ki, nə barədə istəyirlər, nə qədər istəyirlər danışsınlar:

“Əsas məsələ ondan ibarətdir ki, hazırda ağız dolusu danışan siyasi liderlər vəziyyəti nə dərəcədə düzgün qiymətləndirirlər, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin hansı səviyyədə olduğunu anlayırlarmı?”

“Tarixdə Ermənistan ordusunun döyüş qabiliyyətinin yanlış qiymətləndirilməsinin fəlakətlə nəticələnməsini görmüşük. Gəlin, keçən əsrin əvvəllərini, 1918-1920-ci illər hadisələrini xatırlayaq. Türkiyə Ermənistana müharibə elan etməmişdi, əksinə tamamilə ağlını və sağlam düşüncələrini itirən erməni liderləri uğur qazanmaq üçün heç bir şansları olmaya-olmaya rəsmi olaraq Türkiyəyə qarşı müharibə elan etdilər”, - deyə israilli analitik bildirib.

Diplomat qeyd edib ki, Azərbaycandan intiqam almaqla bağlı hay-küy salan hazırkı Ermənistan rəhbərləri yüz il əvvəlki liderlərdən heç fərqlənmirlər:

“100 il əvvəl Vladimir Lenin və sovet rejimi Ermənistanın köməyinə gəldi. İndi dünya fərqlidir, ona görə də (İrəvanda - red.) onların belə davranmağı ölkələrinin taleyi ilə oynamaqdır”.

Kedmi Ermənistanın Azərbaycan ordusuna qalib gələcək gücdə olmadığını vurğulayıb:

“İntiqam almaq üçün bir neçə il ordunun yenidən təşkil olunmasına, hərbi hissələrin yenidən silahlanmasına, bütün səviyyələrdə hərbi hissələrin yenidən qurulmasına külli miqdarda vəsait xərclənməlidir. Ancaq bu vəziyyətdə belə, Ermənistan ordusunun Azərbaycan ordusuna nəinki qalib gələcəyinə, hətta müqavimət göstərə biləcəyinə də əmin deyiləm”.

O, Rusiya ilə Türkiyəni sövdələşməkdə günahlandıran erməni revanşistləri öz dövlətlərinin xaini adlandırıb:

“Onlar ya tamam axmaqdırlar, ya da erməni xalqının və dövlətinin xainləridirlər. Bunu demək üçün gərək kor və kar olasan. Bir dəfə belə insanlar, artıq dediyim kimi, Ermənistanı fəlakətə sürüklədilər. Yenə bunu istəyirlər?”

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
››› Ermənilərin əksəriyyəti Qarabağa qayıtmağı düşünmür
Son xəbərlər
Bütün xəbərlər »