Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayır
Nar Brain_Ring_1

“Nar”ın baş sponsorluğu ilə ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 17-ci mövsümü başlayır.

Bilik yarışının builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda olimpiya sistemi üzrə mübarizə aparacaq. Yarışda iştirak edəcək komandalar region, universitet və sponsor komandaları olmaqla 3 diviziona bölünüb. Hər divizion üzrə qalib gələcək komandalar finalda “Nar” tərəfindən təsis edilmiş “Nar” kuboku uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, builki mövsümdə ilk dəfə “Nar”ın dəstəklədiyi “Qarabağ” komandası da mübarizəyə qoşulacaq. Komandanın üzvləri işğaldan azad edilmiş bölgələrin intellektualları olacaq. Fevralın 19-dan start götürəcək yarış hər həftənin cümə günü saat 22:00-da İctimai Televiziyada yayımlanacaq.

Qeyd edək ki, ölkədə karantin rejiminin davam etməsi ilə əlaqədar olaraq yarış pandemiya şərtlərinə uyğun keçiriləcək. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda mübarizə aparacaq. Bundan başqa, yarışda iştirak edən hər komanda və heyət üzvü çəkilişdən öncə “COVİD-19” testindən keçməlidir.

Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə hər il olduğu kimi bu il də “Nar”ın “Twitter” səhifəsində yarış keçiriləcək. Hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən “Nar”, artıq 9 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur. “Nar”ın digər layihələri ilə burada tanış olmaq olar.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »