Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazir: “Düşmən Qarabağı vəhşicəsinə istismar edib”
Əli Əsədov

“Xain düşmən 30 illik işğal dövründə Azərbaycan torpaqlarında ekoloji terror törədib”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ankarada keçirilən Türk Dünyası Meteorologiya Forumunda Azərbaycanın Baş naziri Əli Əsədov deyib.

“Təəssüf ki, qədim tarixə, orijinal maddi və mənəvi mədəni irsə, özünəməxsus bitki və heyvanlara, zəngin faydalı qazıntılara sahib olan Qarabağ vəhşicəsinə istismar edilib. Regionda meşə sahələri şüurlu şəkildə məhv edilib, münbit torpaqlar və su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qalıb. Düşmən torpaqlarımızı tərk edərkən ağaclarımızı yandırıb, meşələrimizi məhv edib”, - deyə Baş nazir bildirib.

Ə. Əsədov işğaldan azad edilən ərazilərin ekoloji cəhətdən keçmiş vəziyyətinə qayıtması üçün əhatəli tədbirlərin görüləcəyini vurğulayıb. O əlavə edib ki, bu torpaqlar “yaşıl enerji” zonasına çevriləcək.

Baş nazir köçkünlərin “Böyük Qayıdış” proqramı çərçivəsində öz ata-baba yurdlarına qayıdacaqlarını da qeyd edib.

Ə. Əsədov onu da qeyd edib ki, 44 günlük Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan Türkiyənin dəstəyini hiss edib: “Türkiyə bütün müstəvilərdə Ermənistanın təxribatlarını qınadı və Azərbaycanın tək olmadığını bəyan etdi”.

Paylaş »
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› Dolların bahalaşması qızılı ucuzlaşdırdı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
Son xəbərlər
Bütün xəbərlər »