Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Baş katibi və Əfqanıstan Prezidentinin telefon danışığı olub
Yens Stoltenberq

NATO Baş katibi Yens Stoltenberq və Əfqanıstan Prezidenti Əşrəf Qani arasında telefon danışığı olub.

Bu barədə NATO Baş katibi “Twitter”də bildirib.

“NATO bizim missiyamıza və Əfqanıstan təhlükəsizlik qüvvələrinin terrorizmlə mübarizəsində verdiyi dəstəyə sadiq qalır. Bütün tərəflər həll yolu tapmaq üçün sülh prosesini canlandırmalıdırlar”, - deyə NATO Baş katibi qeyd edib.

Xatırladaq ki, fevralın 17-18-də NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin videokonfransı keçirilib. NATO müttəfiqləri hərbi blokun liderlik etdiyi Qətiyyətli Dəstək Missiyası çərçivəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim və maliyyə dəstəyi verməyə davam edəcəyini bildirib.(apa)

Paylaş »
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› Paşinyan xalqı meydana çağırdı: Rusiya Paşinyanı cəzalandırır, yoxsa hakimiyyət dəyişir? - Ekspertlərdən şərh
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
Son xəbərlər
Bütün xəbərlər »