Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xocalı soyqırımını Ermənistanla birlikdə Rusiya ordusu törədib"
Xocalı soyqırımı

Qarşıdan Xocalı soyqırımının növbəti ildönümü gəlir. Bu dəfə məsum qurbanlarımızın ruhu qarşısında duruşumuz bir qədər fərqli olacaq.

Düzdür, hələlik Xocalıya ayaq basa bilməsək də, o günlərin də gələcəyinə əminik. Qarabağı , 613 məsum insanın intiqamını aldıq, lakin bu soyqırımı və onu törədən cəlladları unutmadıq.Əsl səbəbkarlar isə…

“ 1992-ci ilin fevralında Xocalı hadisəsi baş verəndə SSRİ artıq yox idi, dağılmışdı. 366-cı alay Rusiya ordusu sayılırdı. Bu hadisəni SSRİ ilə əlaqələndirmək, Rusiyanı məsuliyyyətdən yayındırmaq cəhdi mənasızdır.”

Bu fikirləri Bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

“Rusiya 220 ilə yaxındır bölgəyə gələndən burada qan-qada, göz yaşı, faciələr bitmək bilmir. Qarabağda qarşıdurmanın başlanmasında, Xocalı olaylarında, 20 Yanvar dəhşətində və s. kimi Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış hadisələrdə SSRİ və onun varisi olan Rusiya birbaşa məsuliyyət daşıyır. 1990-cı ildən sonra Rusiya tərəfindən törədilmiş hadisələrdə SSRİ-ni, çar Rusiyasını günahlandırmaq şimal qonşumuzu, onun siyasi-hərbi rəhbərliyini baş vermiş hadisələrdən kənarda tutmağa çalışmaq yanlışdır. Xocalıda soyqırımının törədilməsində SSRİ-nin vaxtında yaradılmış, sonradan Rusiya hərbi komandanlığının tabeçiliyinə keçən 366-cı alayın hansı rol oynaması heç kimə sirr deyil. Soyqırımı ermənilər törədib, amma məhz bu alayın dəstəyi və aktiv iştirakı ilə. Xocalı hadisəsi baş verəndə SSRİ artıq yox idi, dağılmışdı. Bu hadisəni SSRİ ilə əlaqələndirmək, Rusiyanı məsuliyyyətdən yayındırmaq cəhdi mənasızdır. Bu alayın əksər zabitlərinin erməni olması, ermənilərlə qohumluq əlaqələrinin olması kimi fikirlər də Rusiyanı, həmin alayın hərbi cinayətlər törətməsində iştirakı olan rusları, onlara əmr verənləri məsuliyyətdən azad etmir. Tarixin ən qanlı soyqırımlarından biri məhz Rusiya siyasi-hərbi rəhbərliyinin planı, göstərişi ilə 366-cı alay tərəfindən həyata keçirilib”,- deyə siyasi şərhçi vurğulayıb.

Faciənin 29-cu ildönümündə Xocalı dəhşətini millətimizə yaşadan erməni hərbi canilərinin bir qrupunun ordumuz tərəfindən məhv edilməsini müsbət hal kimi qiymətləndirən Mübariz Göyüşlü bildirib ki, bu bizlərin Xocalı şəhidlərinin qarşısındakı borcumuzun müəyyən bir qismini ödəməyimiz kimi də qəbul edilər bilər.

“Amma hadisəni törədən rusların, onlara əmr verənlərin cəzalandırılmaması, Rusiyanın buna görə Azərbaycandan üzr istəməməsi, soyqırım qurbanlarına təzminat ödəməməsi bu dövlətin işğalçı mahiyyətini bir daha ortaya qoyur. Azərbaycan xalqı bunu unutmur və unutmayacaq da. Məhz bütün bunlara görə Azərbaycan xalqı Rusiyaya, onun Qarabağdakı sülhməramlı fəaliyyətinə, şirin dilinə, xoş sözünə inanmır. Rusiyaya etimadsızlıq buradan qaynaqlanır. Əgər Azərbaycan dövləti zəif olsa Rusiya yenə də ermənilərdən maşa kimi istifadə edərək növbəti soyqırımları törədə bilər. Amma bunun baş verməsi mümkün deyil. Çünki bölgədə artıq yeni reallıqlar var. Bölgədə artıq güclü Azərbaycan, onun qardaşı və müttəfiqi olan dünya dövləti Türkiyə var. Rusiya da, onun forpostu Ermənistan da bu reallığı qəbul etmək zorundadırlar”.

İlhamə

Paylaş »
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› İrəvanda mitinq iştirakçısı: “Şuşa da, Qarabağ da Azərbaycanındır” - Video
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
››› Neft kəskin bahalaşıb
Son xəbərlər
Bütün xəbərlər »