Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə qanunsuz yollarla Azərbaycana dərman satmağa çalışan 46 nəfər tutulub
Qandal - Həbs

Türkiyədə qanunsuz yollarla Azərbaycan, Suriya, İran və İraqa dərman vasitələri satmağa çalışan şəxslər tutulub.

APA-nın yerli bürosunun Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, mərkəzi Adana olmaqla 11 vilayətdə əməliyyat-axtarış tədbirləri keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Adana Vilayəti Səhiyyə İdarəsinin müdir müavini, 4 həkim, 2 səhiyyə işçisi, 2 bioloq, 9 əczaçı, dərman şirkətinin 13 əməkdaşı olmaqla, ümumilikdə 46 nəfər tutulub.

Bildirilib ki, onkoloji xəstələrin müalicəsində istifadə edilməli olan dərmanlar müvafiq məqsədlər üçün istifadə edilməyib. Saxlanılan şəxslər qanunsuz yollarla dərmanları Azərbaycan, Suriya, İran və İraqa satmağa cəhd göstəriblər.

Araşdırmada zamanı məlum olub ki, təqsirləndirilən şəxslər öz aralarında 12 milyon lira məbləğində pul transferi həyata keçiriblər.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »