Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin redaktorlarla qapalı görüşdə Qarabağ haqda danışıb...
Vladimir Putin

Bir neçə gün əvvəl bir qrup Rusiya KİV-lərinin baş redaktorları ilə birlikdə prezident Vladimir Putinlə qapalı görüşdə iştirak edən tanınmış jurnalist, “Exo Moskva” radiostansiyasının baş redaktoru Aleksey Venediktov maraqlı məqam barədə bəhs edib.

Virtualaz.org xəbər verir ki, Venediktov “Exo Moskva”nın efirində, “Vasitəçilərsiz” adlı proqramda çıxış edərkən izləyicilərin həmin görüş barədə suallarına da cavab verib.

O bildirib ki, görüş barədə bəzi müşahidələrini əməkdaşları ilə bölüşüb, amma açıqlanmamaq şərti ilə. “Məsələn, Seryoja Buntman (Sergey Buntman-“Exo Moskva”nın baş redaktorunun müavini,-red.) məndən soruşdu: “Bəs Putin Qarabağ haqda nə dedi?” Mən ona danışdım, bir şərtlə ki, bunu heç yerdə açıqlamasın. Lakin bu onu maraqlandırırdı. Mən bilirəm ki, o, dediklərimi açıqlamayacaq. Və açıqlamadı. Və bu, çox mühümdür”,-Venediktov bildirib.

Xatırladaq ki, bundan əvvəl Venediktov Putinin qapalı görüşdə Qarabağ haqda dediklərindən bir parçanı hər halda ictimailəşdirmişdi. Bildirmişdi ki, Putin Rusiyanın son illərdə qazandığı hansı nailiyyətlərlə fəxr etməsi haqda danışarkən üç məsələni göstərib: Qarabağ əhvalatı, koronavirusa qarşı vaksinin hazırlanması və hipersəs sürətli silahların hazırlanması.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »