Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tərtərdə mülki şəxsin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb
Mina - Partlayış

Fevralın 18-də saat 18 radələrində vətəndaşlar Bəxtiyar Mahmudov və qohumu Elşən Abbasovun “Niva” markalı dövlət nömrə nişanı məlum olmayan avtomobillə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndi ərazisində tank əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, Tərtər rayon prokurorluğundan verilən məlumata görə, aparılan istintaqla qeyd edilən şəxslərin işğaldan azad olunmuş əraziyə gələrək avtomobildən enmələri, Bəxtiyar Mahmudovun avtomobilin ön hissəsinə keçərək minaya düşməsi müəyyən edilib.

Prokurorluq əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə meyit fraqmentləri aşkar edilib, həmin fraqmentlərin Bəxtiyar Mahmudova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib, eyni zamanda hadisənin şahidi olmuş Elşən Abbasov dindirilib.

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
Son xəbərlər
Bütün xəbərlər »