Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vilayət Eyvazov Sadiq Gözəlovu təltif etdi
Vilayət Eyvazov

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun sabiq icraçı direktoru, DİN-in Mətbuat Xidmətinin keçmiş rəisi təqüddə olan polis polkovniki Sadiq Gözəlovu qəbul edib.

Nazir onun polis əməkdaşlarının fədakar fəaliyyətinin KİV-də təbliğ edilməsi və ictimaiyyətə obyektiv çatdırılmasında xüsusi əməyini xatırladaraq, gənc əməkdaşlara nümunə olacaq xidmət yolu keçdiyini bildirib.

Daha sonra V.Eyvazov təqaüddə olan polkovnikə uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu Daxili İşlər Nazirliyinin (DİN) “Fəxri fərmanı”nı təqdim edib.

Qeyd edək ki, S.Gözəlov daha əvvəl DİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2017-ci ildə həmin vəzifəsindən təqaüdə göndərilərək Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun icraçı direktoru təyin edilib.

Əməkdar jurnalistin fevralın 11-də 65 yaşı tamam olub. O, Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq çalışmanın yaş həddinə çatdığına görə təqaüdə göndərilib.(report)

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› Paşinyan xalqı meydana çağırdı: Rusiya Paşinyanı cəzalandırır, yoxsa hakimiyyət dəyişir? - Ekspertlərdən şərh
Son xəbərlər
Bütün xəbərlər »