Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın Texas ştatını qütb soyuqları dondurdu
ABŞ-ın Texas ştatını qütb soyuqları dondurdu

ABŞ-ın Texas ştatını qütb soyuqları vurub. Güclü qar və şaxta ştatda həyatı iflic edib. Ştataa enerji qaynaqalrı şaxtanın və qarın təsiri ilə yarıtmaz vəziyyətə düşüb, 20-dən çox insan soyuqdan həyatını itirib.

Texas ştatında isitmə sistemləri yalnız elektrik enerjisinə bağlı olduğu üçün güclü soyuqlar səbəbi ilə artan enerji tələbinə cavab verməyən elektrik ötürücülərində problem yaranıb və ştat qaranlığa qərq olub. Ştatda demək olar ki, qaz xətləri yoxdur, elektrik xətləri isə digər ştatlarla əlaqəli olmadığına görə hazırda Texas ştatı “tək”, köməksiz qalıb və donur. Maraqlıdır ki, xaricə neft satan Texas özünü neft və qazla təmin etmir. Minlərlə insan marketlərə hücum edərək rəfləri boşaldıb. Heyvan qoruma mərkəzlərində və küçələrdə minlərlə sahibsiz heyvanın donub öldüyü qeyd edilir.

Soyuqlar səbəbi ilə avtomobillərində isinməyə çalışan vətəndaşların karbonmonoksit qazından zəhərlənərək ölmə faktları çoxalıb. Bundan əlavə evlərini müxtəlif üsullarla istiməyə çalışanlar da çoxlu yanğınlara səbəb olublar.Qaz balonlarının satışı pik həddə çatıb. İnsanlar qızınmaq üçün bu kiçik qaz balonlarından istifadəyə möhtac qalıblar.

Ümumilikdə ştatda 2,7 milyon insan elektrik enerjisinin olmaması səbəbilə əziyyət çəkir.

Dondurucu hava kütləsinin bu həftə sonunda ərazini tərk edəcəyi gözlənilir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »