Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusu ağır keçirənlərin ürəyində fəsadlar aşkarlanıb
Laboratoriya

Yeni növ koornavirus infeksiyasını ağır formada keçirən xəstələri maqnit rezonans tomoqrafiya edərkən məlum olub olub ki, pasiyentlərin yarısının ürək toxumasında - miyokardit, işemiya və başqa zədələr mövcuddur. Bu, infeksiyanın ürək fəsadlarına səbəb olduğu barədə əvvəlki tədqiqatları təsdiqləyib.

“Report”un məlumatına görə, araşdırma “European Heart Journal”ında dərc edilib.

Britanya və ABŞ həkimləri 2020-ci ilin iyun ayında altı London klinikasından müalicə edilərək sağalan 148 xəstəni müayinə ediblər. Xəstələrin 48-i süni nəfər aparatına qoşulubmuş və əsasən troponin səviyyəsinin yüksək olduğu xəstələr seçilib.

Bu protein əzələ büzülməsində iştirak edir. Əzələ bu və ya digər səbəbdən zədələnəndə protein qana qarışır. Buna görə həkimlər tez-tez müəyyən ürək xəstəlikləri üçün onun səviyyəsini biomarker kimi istifadə edirlər.

Maqnit rezonans tomoqrafiya 148 xəstədən 80-də ( 54 faiz) ürək əzələsinin zədələndiyini göstərib. Ətraflı analizlər müəyyən edib ki, bəzi xəstələrdə bu daha əvvəl, digərlərində isə koronavirusa yoluxduqdan sonra əmələ gəlib.

Paylaş »
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› Dolların bahalaşması qızılı ucuzlaşdırdı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
Son xəbərlər
Bütün xəbərlər »