Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda Qarabağa yardım fondundan 11 milyon dollar yoxa çıxıb
İrəvanda Respublika meydanında mitinq

Ermənistanda hələ 1992-ci ildə “Hayastan” fondu yaradılanda qurumun daha çox o illərdə Qarabağın ələ keçirilməsi üçün xərcləri ödəmək missiyası daşıyacağı bildirilirdi. 2020-ci ilin aktiv əməliyyatları dövründə də fond fəal təsir bağışlamağa çalışırdı. Amma məğlubiyyətdən sonra ortaya Ermənistan cəmiyyəti üçün arzuolunmaz söhbətlər çıxıb.

Bizimyol.info xəbər verir ki, “Hayastan” fondunun 11 milyon dollarının mənimsənildiyi bildirilir. “Dejavyu” teleqram-kanalı bununla bağlı məlumat yayıb. Məlumatda fondun vəsaitinin təyinatı üzrə xərclənmədiyi iddiası qeyd edilib.

Teleqram-kanal yazır ki, məbləğ toplanandan sonra həmin pullar Ermənistan hökumətinə xərclər üçün borc kimi verilib: “Hərçənd, məlum olur ki, bu uşdən pul qazanmaq fikrinə düşən adamlar ortaya çıxıb”.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan son müsahibəsində əməliyyatlar ölkənin Müdafiə Nazirlyinin prosesdən kənarda qaldığını, xərcləmələrə birbaşa hökumətin nəzarət etdiyini bildirib. Bildirilir ki, Ermənistan hökuməti dəyərindən dəfələrlə baha zirehli jiletlər alıb. Yəni aşkar yeyintiyə yol verilib.

Yerli mətbuat fondun vəsaitini mənimsəyənlərin mümkün siyahısını da hazırlayıb. Daha çox 4 nəfərin adı hallanıb. Bunlar deputat Ayk Sarkisyan, baş nazir aparatının rəhbəri Eduard Ağacanyan, Ermənistan Milli Məclisinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Koçaryan və yüksək sənaye texnologiyası naziri Akop Arşakyandır. Bu 4 nəfər “Hayastan”ın 11 milyon dollarını havaya sovurmaqda ittiham olunur. Mətbuat həmin şəxslərin xərcləmələri həyata keçirməkdə birbaşa rol oynadığını yazır. Məqsəd isə mümkün qədər çox pul qazanmaq olub.

“Dejavyu” məsələnin başqa tərəfinə də işıq salıb. Kağız üzərində guya bəzi məsrəflər həyata keçirilib. Amma ortada konkret mal yoxdur. “Dejavyu” pulun tamamilə mənimsənildiyi qənaətindədir. Teleqram-kanal bu haqda daha geniş material hazırlayacağını bildirib.

Fondun vəsaitinin mənimsənilməsi Ermənistan cəmiyyətində böyük etirazla qarşılanıb. Məsələ sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, hazırkı hökumətin üzvləri də əvvəlki hökumət komandalarını dövlət vəsaitlərini mənimsəməkdə günahlandırır. Xüsusən də Serj Sarkisyanın adı daha çox hallanır.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »