Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Ukrayna Rusiyaya qarşı birləşir
Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski

Türkiyənin Rusiya ilə qəribə münasibətləri formalaşıb. Bəzi istiqamətlərdə bu ölkələr müttəfiq təsiri bağışlayır, amma maraqların kəsişmədiyi, hətta tərəflərin ayrı-ayrı səngərlərdə yer aldığı sahələr də az deyil. Almaniyanın “Frankfurter Allgemeine Zeitung” yazısında bundan bəhs edib.

Bizimyol.info xəbər verir ki, Almaniya qəzeti Qara dəniz uğrunda gərgin mübarizə getdiyini yazıb. “Frankfurter Allgemeine Zeitung” bu mübarizədə Türkiyə və Ukraynanın Rusiyaya qarşı birləşdiyini iddia edir.

“Frankfurter Allgemeine Zeitung” yazır ki, 2014-cü ildə Krımın anneksiyası Türkiyə ilə Ukraynanı strateji müttəfiq edib. Zamanla əməkdaşlıq daha da güclənib. İndi bu ölkələr hərbi əməkdaşlıq və aviasiya sahələrində 30-a qədər müştərək layihə həyata keçirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təkcə 2018-ci ilin oktyabrından bəri Ukrayna dövlət Başçısı Vladimir Zelenski ilə 10 dəfə görüşüb.

“Türkiyə hərbi sənayesi son illər çox inkişaf edib, böyük uğurlar qazanıb. Amma mühərriklərin istehsalı Ankaranın zəif tərəfi olaraq qalır. Burada isə köməyə Ukrayna çatır. Sovet dövründə bu ölkədə mühərriklərin hər növü istehsal olunurdu. Münasibətlər yaxşılaşıb, indi Ankara Krımın Ukraynaya qaytarılmasının tərəfdarıdır”.

Yarımadanın Rusiyaya birləşdirilməsi Qara dənizdə qüvvələr nisbətini Kremlin xeyrinə dəyişib. Krımda yerləşdirilən hərbi sistem bütün Qara dəniz bölgəsini əhatə edir. Ankara Qara dənizin tamamilə “ruslaşmasından” ehtiyatlanır. Türkiyə Ukrayna sayəsində orada möhkəmlənməyə çalışır. Ukrayna isə Türkiyəyə mövqelərini gücləndirmək baxımından müttəfiq kimi baxır.

Türkiyə özünü təhlükədə hiss edir, Ukrayna ilə birləşməyə ehtiyac duyur. Analitik Zəfər Mese hesab edir ki, hadisələrin gedişi həm də ABŞ üçün sərfəlidir. Onun fikrincə, Ankara bu epizodda türkdilli azlıqların himayədarı kimi davranır. Krım tatarlarını müdafiə etmək lazımdır. Hərçənd, onların böyük hissəsi artıq Türkiyəyə köçüb.

Yazıda pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlıq perspektivi xüsusi qabardılıb. Artıq ilk addımlar da atılıb. Ukrayna Türkiyədən bir neçə dron alıb. İndi isə istehsal planlarının müzakirə zamanı gəlib. “Baykar” və “Ukrspetseksport” şirkətlərinin konsorsiumu yaradılıb. Beləcə, konsorsium Ukraynada dron istehsal etməyə başlayacaq. Türkiyə Ukraynaya 6 dronu hələ 2018-ci ildə satmışdı. Qarabağda və Liviyada Ankaranın pilotsuz uçuş aparatlarının uğuru Ukraynanın doğru tərəfdaş seçdiyini göstərir. Yeni “Akinci” pilotsuz uçuş aparatları Ukrayna mühərriki ilə havaya qalxır.

Krım, Ukrayna Krım, Ukrayna

Türkiyə ilə Ukrayna birləşərək hərbi sənayedəki boşluqlarını bir-birinin köməyi ilə aradan qaldıracaq. Ankara Kiyevə raket əleyhinə C-125 sistemlərini göndərməyə başlayıb. Türkiyə “Antonov” yük təyyarələrinin istehsalında da iştirak edəcək.

Beləliklə, Türkiyə və Ukrayna birlikdə güclənmək qərarına gəlib. Bu həm də Rusiyanın bölgəni ələ keçirmək şansını azaldır.

Paylaş »
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Martın 8-nə olan hava proqnozu
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
Son xəbərlər
Bütün xəbərlər »