Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml: "Putin və Ərdoğan Rusiya-Türkiyə Birgə Mərkəzinin işindən məmnundur"
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

Kreml Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutmuş telefon danışığına dair məlumat yayıb.

APA-nın verdiyi məlumata görə, Rusiya və Türkiyə liderləri Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarından irəli gələn razılaşmaların həyata keçirilməsini və regionun sosial-iqtisadi inkişafı naminə birgə səylərin koordinasiyasını müzakirə ediblər.

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin işindən məmnunluq ifadə olunub.

Bundan başqa, Rusiya və Türkiyə liderləri koronavirus pandemiyası ilə mübarizədə əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər, iki ölkə arasında energetika sahəsində birgə böyük layihələrə toxunublar.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »