Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşləyən 6300-dək pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb
Manat - Maaş

Son bir ildə Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 6297 pensiyaçının pensiyasını yenidən hesablayaraq artırıb.

Bizimyol.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il×12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.

Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təmin olunmasına imkan verir. Həmçinin yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslər arasında sosial sığorta sistemində aktiv iştiraka marağın artmasını stimullaşdırır.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »