Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhiyyə sisteminin olmaması iqtisadiyyatı çökdürdü: Müflis bizneslər “hazır biznes” kimi satılır
Manat - Maaş

Son günlər müflis olmuş biznesi “hazır biznes” kimi satışa çıxarılması elanlarının sayı artıb. “Ziyanın yarısından qayıtmaq xeyirdir” fikri ilə xüsusən kafe-restoranlar, mebel emalatxanaları, turizm obyektləri satışa çıxarılır. Əslində biznes satılmır, ziyan satılır.

Sosial mediada iaşə obyektlərinin icarəyə verilməsi elanlarının sayının artığını da müşahidə edirik.

“İqtisadi tənəzzülə səbəb pandemiyadır. Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində fəaliyyətlərin məhdudlaşdırılması və ya bloklanması nəticəsində iqtisadi tənəzzül müşahidə olunur. Bundan əziyyət çəkən sahələr iaşə, kütləvi tədbirlərin təşkili və turizm sahələri oldu. Proses uzun çəkdi. Karantin rejimi 2-3 ay davam etsəydi, bu problem asan şəkildə həll oluna bilərdi. Dövlət sərhədləri təxminən 1 ilə yaxındır bağlanıb. Bu səbəbdən turizm sahəsində tələb kəskin azalıbdır. Demək olar ki tələb yoxdur. Bu sahədə fəaliyyət göstərən şirkətlərin sabit xərcləri vardı. Sabit xərclərə daxil olan binanın saxlanılması və bəzi hallarda icarə xərcləri, əmək haqqı fondu, sığorta ödənişləri maliyyə təsərrüfatı fəaliyyətinin nəticələrini əhəmiyyətli səviyyədə pisləşdirib.

Hökumətin də qeyd edilən istiqamətdə dəstək tədbirləri kifayət qədər dolğun, əhatəli və tam zərəri kompensasiya edəcək səviyyədə deyil. Bu isə müəssisələrin iflas olmasına gətirib çıxaran əsas səbəbdir”.

Bunu Bizimyol.info-ya iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

Rəşad Həsənov Rəşad Həsənov

Ekspert qeyd edib ki təşviq üçün vergi güzəştlərinin tətbiq edilməsi arzuolunandır: “Azərbaycanda yüksək faizlə vergilər və sosial öhdəliklər sahibkar üçün böyük maliyyə yükü formalaşdırır.

Bu istiqamətlərdə hər hansı bir güzəştlərin verilməsi, sanksiyalardan yaranmış öhdəliklərin silinməsi və yaxud onların icra müddətinin uzadılması əlbəttə ki labüddür”.

R.Həsənov onu da bildirib ki ölkədə səhiyyə sisteminin olmaması və sahiblarların karantin rejiminin qaydalarına əməl etməməsi nəticəsində iqtisadiyyatın bloklandığını bildirib: “Şahidi oluruq ki özünü sərbəst hiss edən sahibkarlar heç bir tələbə əməl etmədən fəaliyyət göstərirlər. Təkcə iaşə və sərnişindaşıma sahəsi deyil, bütün sahələrdə vəziyyət belədir. Sərt mexanizm tədbirləri xəstəliyin mümkün qədər yayılması problemini qismən də olsa həll edə bilir. Sahibkara hər hansı bir formada nəzarət edilməsə, sahibkar müəyyən normaları gözləməz. Azərbaycan sahibkarı anlamalıdır ki o nə qədər ehtiyatlı davransa, normativlərə əməl etsə, ölkədə yoluxma az sürətlə yayılar və yaxud az olar. Nəticədə hökumətin də iqtisadiyyatı bloklaması ilə əlaqədar qərarlar qəbul etmək məcburiyyəti yaranmaz. Bu sahədə sahibkarların çox məsuliyyətsiz davrandığını müşahidə edirik. Sadəcə, “mənim bu qaydalara əməl etməməyimlə heç nə dəyişmir” yanaşmasını bütün sahibkarlar tətbiq edir və kütləvi şəkildə qaydalar pozulur. Xəstəlik üçün çox ciddi mühit yaradılır. Sürətlə xəstəlik yayılır. Ölkədə səhiyyə yoxdur. Səhiyyə sistemi pandemiya kimi xəstəliklərlə mübarizəyə hazır deyil. Son nəticədə hökumət məcburən iqtisadiyyatı bloklayır. Ona görə bütün tərəflərin məsuliyyətli davranmasına ehtiyac vardır. Vətəndaşın da, sahibkarın da, işçinin də, eyni zamanda dövlətin də... Onların hər biri üzərinə düşən yükü yerinə yetirməlidir ki bu xəstəlik daha az yayılsın. Nəticədə sərt qərarların qəbul edilməsi zərurəti yaranmasın. Amma təəssüf ki bizdə sosial məsuliyyət olmadığı üçün mən düşünürəm ki nəzarət cərimələrinin tətbiqi prosesi bu sahədə davam etdirilməlidir”.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »