Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ səfiri: “Azərbaycanla enerji sahəsində uğurlu əməkdaşlığımız var”
Kestutis Yankauskas

Azərbaycan və Avropa İttifaqı (Aİ) uzun müddətdir uğurlu tərəfdaşdır.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “eu4Azerbaijan.eu” adlı yeni rəsmi internet saytının təqdimatı ilə bağlı keçirilən onlayn mətbuat konfransında bildirib.

Səfir deyib ki, Aİ və Azərbaycan arasında əməkdaşlıq çərçivəsində əhəmiyyətli məsələlər, layihələr müzakirə olunur və icra edilir: “Bizim enerji sahəsində uğurlu əməkdaşlığımız var. Ötən həftə Cənub Qaz Dəhlizi ilə bağlı iclasımız oldu. Bu istiqamətdə işlərin davam etdirilməsi ilə bağlı müzakirələrimiz davam edir. Aİ və Azərbaycanın enerji sahəsi ilə yanaşı, digər sahələrdə də iş birliyi var. Təhsil sahəsində Erasmus proqramını qeydə edə bilərik. Eyni zamanda, ali təhsillə bağlı digər layihələrimiz də var. Bir neçə gün öncə peşə təhsili ilə bağlı yeni layihəni başlatdıq”.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri qeyd edib ki, regionların inkişafı ilə bağlı ailə bizneslərinin yaradılması, mikromaliyyənin genişləndirilməsi istiqamətində, kənd təsərrüfatı, qida təhlükəsizliyi, su ehtiyatlarının və onların idarə olunması, yaşıl enerji, enerji səmərəliliyi sahələrində uğurlu layihələrimiz mövcuddur.

K. Yankauskas qeyd edib ki, ədliyyə sahəsi ilə bağlı layihələr də reallaşdırılıb.

“Bu gün “eu4Azerbaijan.eu” internet səhifəsini istifadəçilərə təqdim edirik. Siz burada 120-dən çox layihə barədə məlumat alacaqsınız. Bunların çoxu reallaşdırılıb, bəziləri isə davam edir. Bu saytda interaktiv xəritə var. Siz hansı layihələrin hansı regionlarda həyata keçiriləcəyini görəcəksiniz. Ümid edirəm yaxın zamanlarda bu xəritə layihələrlə daha da zənginləşəcək.

Bütün bunların məqsədi Aİ ölkələrində olan ən yaxşı təcrübədən faydalanmaq və inkişaf naminə potensial səhvlərdən çəkinməkdir. Biz növbəti iki ildə pandemiyanın yaratdığı sosial-iqtisadi nəticələri aradan qaldırmağa fokuslanacağıq. Biz inanırıq ki, birlikdə əməkdaşlıq edərək daha güclü olacağıq”, - deyə səfir vurğulayıb.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› Paşinyan xalqı meydana çağırdı: Rusiya Paşinyanı cəzalandırır, yoxsa hakimiyyət dəyişir? - Ekspertlərdən şərh
Son xəbərlər
Bütün xəbərlər »