Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı meriyası paytaxtdakı qanunsuz tikili və hasarları sökdürür
Bakıda hasar söküntüsü

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən aparılan araşdırmalar zamanı Binəqədi rayonunda Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazıdə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan torpaq sahəsinin işbazlar və müxtəlif vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilərək hasarlanması, burada müxtəlif təyinatlı tikililərin inşa edilməsi faktı aşkarlanıb, təşkil edilmiş komissiya tərəfindən tikilən müxtəlif təyinatlı tikili və hasarlanmış sahələrin sənədləri araşdırılıb.

BŞİH-dən virtualaz.org-a verilən məlumata görə, araşdırmalar nəticəsində müəyyən olunan pozuntuların aradan qaldırılması, buradakı tikili və hasarların sökülməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının texnika və işçi quvvəsi tərəfindən 2 gün ərzində bu ərazidə zəbt edilən 15 sahənin hasarları və 3 ədəd qanunsuz tikili sökülərək 1,5 ha yaxın ərazinin təmizlənməsi işləri həyata keçirilib, qanunsuzluqlara yol verən vətəndaşlara xəbərdarlıq edilib.

Əsas məqsədi qanunsuz torpaq zəbt edilməsi hallarının qarşısının alınması, paytaxtın daha da gözəlləşdirilməsi, vətəndaşların istirahətinin səmərəli təşkili, onları narahat edən amillərin aradan qaldırılması olan bu tədbirlər paytaxtın digər rayonlarında da keçirilir.

Qeyd edək ki, paytaxt meriyası tərəfindən şəhərin rayonlarında ayrı-ayrı işbazlar, vətəndaşlar tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərin, keçid meydançalarının qeyri-qanuni olaraq zəbt olunmaqla burada inşa olunmuş müxtəlif təyinatlı tikili və obyektlərin sökülməsi, zəbt olunmuş torpaq sahələrinin, yaşıllıqların hasarlarının sökülərək ərazilərin təmizlənməsi ilə bağlı işlər davam etdirilir.

Paylaş »
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »